Türkiyənin məşhur müğənnisi Ajda Pekkan 79 yaşında təqdim etdiyi yeni imici ilə yenidən gündəmə gəlib. Sənətçi, yenilənmiş saç stili və səhnə tərzi ilə pərəstişkarlarından böyük maraq görüb.
Redaksiya xəbər verir ki, Ajda Pekkan illərə meydan oxuyan enerjisi və səhnə performansı ilə tanınır. Onun yeni imici də sosial mediada geniş müzakirələrə səbəb olub.
Sənət aləmi nümayəndələri Pekkanın dəyişməyən enerjisini və yaradıcılıq gücünü yüksək qiymətləndirirlər.
Sevinc Kərimova
