Ukrayna Prezidenti Volodimir Zelenski seçkilərdə iştirak etməyə tam hazır olduğunu bildirib və sabah ölkəyə qayıdacağını açıqlayıb. O, döyüş şəraitində seçkilərin keçirilməsinə imkan verəcək hüquqi dəyişikliklərlə bağlı təklifləri gözlədiyini qeyd edib.
Redaksiya xəbər verir ki, Zelenski məsələ ABŞ prezidenti Donald Tramp və Avropa tərəfindən gündəmə gətirildiyi üçün mövqeyini aydın şəkildə ifadə etdiyini vurğulayıb. O, təhlükəsizlik təmin olunacağı halda seçkilərin qısa müddətdə təşkil oluna biləcəyini bildirib.
Zelenski bəyan edib ki, ABŞ və Avropa təhlükəsizliyi təmin etdiyi təqdirdə Ukraynada altmış gün ərzində seçkilərin keçirilməsi mümkündür. O, bu prosesin ölkənin mövcud vəziyyətinə uyğun şəkildə gerçəkləşdirilə biləcəyini də əlavə edib.
