Ukrayna Prezidenti Volodimir Zelenski Şimali Koreyanın Rusiyaya çoxlu sayda ballistik raket tədarük etdiyini bildirib. O, hərbi imkanlar arasında tarazlığın qorunması üçün Ukraynanın da tərəfdaşlarından ehtiyac duyduğu raketləri almalı olduğunu vurğulayıb.
Redaksiya xəbər verir ki, Zelenski Rusiyanın müttəfiqlərindən hərbi dəstək aldığını qeyd edərək Ukraynanın da oxşar imkanlarla təmin edilməsinin vacibliyinə diqqət çəkib.
“Şimali Koreya Rusiyaya çoxlu sayda ballistik raket verir. Buna görə də biz tarazlığı qorumalıyıq”, – deyə Ukrayna Prezidenti bildirib.
Zelenski Ukraynanın tərəfdaşlarına müraciət edərək Rusiyanın müttəfiqlərindən raket əldə etdiyi şəraitdə Kiyevin də zəruri silahlarla təmin olunmalı olduğunu vurğulayıb.
“Rusiya müttəfiqlərindən raket aldığı kimi, biz də ehtiyac duyduğumuz raketləri sizdən əldə edə bilməliyik”, – deyə o qeyd edib.
Ukrayna lideri açıqlamasında tələb olunan raketlərin konkret növləri və miqdarı barədə əlavə məlumat verməyib.
