Zelenski oğurlanmış taxıl və İsrailə dair sərt xəbərdarlıq etdi

Zelenski oğurlanmış taxıl və İsrailə dair sərt xəbərdarlıq etdi

Nizami Salmanov · Media ·

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın oğurladığı taxılın satılması məsələsinə toxunaraq, oğurlanmış malları almağın cinayət olduğunu vurğulayıb. O, İsrailin limanlarına daxil olan şeylərdən xəbərsiz olduğunu iddia edə bilməyəcəyini bildirib.

Redaksiya xəbər verir ki, Ukrayna tərəfi məsələ ilə bağlı bütün diplomatik addımları atsa da, aidiyyəti gəminin dayandırılması mümkün olmayıb. Prezident Zelenski bu prosesdə taxılı daşıyanları və bundan qazanc əldə edənləri sanksiyalarla cəzalandıracaqlarını qeyd edib.

Ukrayna lideri eyni zamanda beynəlxalq münasibətlərdə hörmət gözlədiklərini bəyan edib. O, ölkəsinin ikitərəfli əlaqələrini sarsıdan hər hansı bir hərəkəti qəbul etməyəcəyini vurğulayıb.