Zelenski ABŞ-dan Patriot raketləri üçün istehsal lisenziyası istədi

Zelenski ABŞ-dan Patriot raketləri üçün istehsal lisenziyası istədi

Yulduz Səlimov · Media ·

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-dan Ukraynaya Patriot raketlərinin istehsalı üçün lisenziya verilməsini istəyib.

Redaksiya xəbər verir ki, Zelenski bu müraciəti əvvəlki ABŞ administrasiyasına da etdiyini, hazırda isə Vaşinqtonu yenidən bu addımı atmağa çağırdığını bildirib.

Onun sözlərinə görə, Ukrayna Patriot raketlərinin istehsalını artırmaq imkanına malikdir.

Zelenski qeyd edib ki, belə bir lisenziya yalnız Ukraynanın hava müdafiəsini gücləndirməyəcək, həm də ABŞ-ın dəstəkləməyi seçdiyi Yaxın Şərq və digər ölkələrə kömək edə bilər.

“Biz Patriot raketlərinin istehsalını artıra bilərik. Bu, təkcə bizə deyil, Yaxın Şərqə və ABŞ-ın dəstəklədiyi digər ölkələrə də yardım edər”, — deyə Ukrayna lideri bildirib.

Kiyev uzun müddətdir Rusiyanın raket və dron hücumlarına qarşı əlavə Patriot sistemləri və raketləri tələb edir.

Ukrayna hesab edir ki, yerli istehsal lisenziyası hava müdafiəsi sursatlarının çatışmazlığını azaltmaq və müttəfiqlərin ehtiyaclarını daha çevik qarşılamaq baxımından strateji əhəmiyyət daşıyır.