Zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ

Zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparılır - RƏSMİ

Aytac Dəniz · Cəmiyyət ·

Kürdəmir rayonunda yerləşən “Günəş” şadlıq sarayında keçirilən toy mərasimində baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən araşdırma aparılır.

Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində Agentlik tərəfindən müvafiq tədbirlər görülür. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.