Zaporojya AES vuruldu

Zaporojya AES vuruldu

Sevinc Kərimova · Hərbi ·

Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında yanğın baş verib

Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) sənaye zonasında Ukrayna Silahlı Qüvvələrinin hücumu nəticəsində yanğın baş verib. Hadisə nəticəsində bir mülki şəxs həlak olub.

Redaksiya xəbər verir ki, stansiya rəhbərliyinin verdiyi məlumata görə, hadisə zamanı stansiyanın enerji bloklarına heç bir təhlükə yaranmayıb və onların fəaliyyəti adi rejimdə davam edir.

Hadisə ilə bağlı Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) stansiyada olan ekspertləri partlayış səsləri eşitdiklərini və stansiyanın perimetri yaxınlığında tüstü gördüklərini bildiriblər. Onların sözlərinə görə, hücumlar stansiyanın perimetrindən təxminən 1–1,2 kilometr məsafədə yerləşən obyektlərə yönəlib və həmin ərazilər pilotsuz uçuş aparatlarının hədəfi olub.

Qeyd edək ki, Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır və onun ətrafında baş verən hərbi insidentlər beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurur.

Sevinc Kərimova