Yunanıstan Prezidenti Konstantinos Tasulas Türkiyə ilə quru və dəniz sərhədlərinin müzakirə mövzusu olmadığını bildirib.
Redaksiya məlumat verir ki, Tasulas Yunanıstanın Türkiyə ilə mövcud sərhədlərini danışıqlar predmeti kimi qəbul etmədiyini vurğulayıb.
Yunanıstan liderinin sözlərinə görə, ölkənin quru və dəniz sərhədləri Yunanıstan ordusu tərəfindən tam şəkildə qorunur.
Açıqlama Afina və Ankara arasında Egey dənizi, dəniz yurisdiksiyası və regional təhlükəsizlik məsələləri üzrə fikir ayrılıqlarının davam etdiyi dövrə təsadüf edir.
Yunanıstan tərəfi sərhəd və suverenlik məsələlərində geri addım atmayacağını bildirir. Türkiyə isə Egey və Şərqi Aralıq dənizində ədalətli bölgü və dialoq çağırışlarını davam etdirir.
