İrandan Yəmənə gedən Kamerun bayraqlı LNG daşıyan tanker vuruldu

İrandan Yəmənə gedən Kamerun bayraqlı LNG daşıyan tanker vuruldu

Sevinc Kərimova · Hərbi ·

Yəmənin cənubundakı Ədən körfəzində Kamerun bayraqlı MV Falcon adlı qaz tankeri göyərtədə baş verən partlayış nəticəsində alova bürünüb. İlkin məlumatlara görə tanker İrandan yola çıxıb. Ambrey adlı Britaniya dəniz təhlükəsizliyi şirkətinin məlumatına görə, hadisə zamanı ekipaj təxliyə siqnalı verib və xilasetmə əməliyyatları dərhal başlayıb.

Redaksiya xəbər verir ki, Avropa İttifaqının Aspides adlı dəniz qüvvəsinin məlumatına əsasən, tankerdə olan 26 nəfərdən 24-ü yaxınlıqdakı kommersiya gəmiləri tərəfindən xilas edilib, bir nəfər göyərtədə qalıb, bir nəfər isə itkin düşüb. Hadisə yerinə Yunanıstan hərbi donanmasına məxsus freqat göndərilib.

Tankerin Omandan Cibutiyə yola düşdüyü və partlayışın Ədənin 113 dəniz mili cənub-şərqində baş verdiyi bildirilir. İlkin məlumatlara görə, hadisə zamanı nə raket, nə də pilotsuz uçuş aparatı qeydə alınıb. Gəminin Yəməndəki husilər tərəfindən hədəf alınmadığı, lakin Ədən körfəzi və Qırmızı dənizdə son aylarda artan gərginliyin regionda dəniz təhlükəsizliyinə təsir etdiyi vurğulanır.