Yəmən rəsmən müharibəyə qatıldığını açıqladı və ballistik raket atdı

Yəmən rəsmən müharibəyə qatıldığını açıqladı və ballistik raket atdı

Nizami Salmanov · Media ·

Yəmən Silahlı Qüvvələri tərəfindən verilən rəsmi bəyanatda qeyd olunub ki, ölkə rəsmən müharibəyə daxil olub. Bu bəyanatda ilk dəfə ballistik raketlərdən istifadə edilən hərbi əməliyyatın həyata keçirildiyi bildirilib. Bu barədə Briqada Generalı Yəhya Sari məlumat yayıb.

Redaksiya xəbər verir ki, bu əməliyyat zamanı İsrailə aid həssas hərbi hədəflər hədəfə alınıb. Bu əməliyyatın İran və Livandakı Hizbullahın əməliyyatları ilə eyni vaxtda həyata keçirildiyi vurğulanıb. Allahın lütfü ilə bu əməliyyatın öz məqsədlərinə uğurla çatdığı qeyd edilib.

Bəyanatda həmçinin qeyd olunur ki, bu əməliyyat, silahlı qüvvələrin əvvəlki bəyanatında elan olunan məqsədlərə nail olunana qədər və bütün müqavimət cəbhələrində təcavüz bitənə qədər davam edəcək.