“Yelo Bank”ın “Parlaq sahillər” aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib!
Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanması ətraf mühitin qorunmasının ən sadə və təsirli addımlarından biridir.
Bu məqsədlə “Yelo Bank”ın hər il təşkil etdiyi “Parlaq sahillər” aksiyasının növbəti ünvanı Hövsan qəsəbəsinin sahil zolağı olub. Könüllülük əsasında təşkil olunan aksiyada onlarla “Yelo” əməkdaşı iştirak edib. Təmizlik zamanı sahildən 1 tona yaxın tullantı toplanıb. Yığılan tullantılar növlərinə görə çeşidlənib, təkrar emal prosesinə yönəldilmək üçün müvafiq təşkilata təhvil verilib. “Parlaq sahillər” aksiyası əməkdaşlara iş mühitindən kənarda bir araya gəlmək və ictimai faydalı işə birgə töhfə vermək imkanı da yaradır. “Yelo Bank” bu təşəbbüsü gələcəkdə etdirməyi, yeni ərazilərə çıxmağı və ekoloji mövzuda layihələrin sayını artırmağı planlaşdırır.
Kredit pul almaq istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya “Facebook”, “Instagram” , “Whatsapp” və yelo.az hesablarımızı ziyarət edin.
“Yelo Bank” - Parlaq bankçılıq!









