"Pashapay”dən çıxdı, "Paşa Sığorta"da vəzifəyə getdi

"Pashapay”dən çıxdı, "Paşa Sığorta"da vəzifəyə getdi

Aytac Dəniz · İqtisadiyyat ·

"Paşa Sığorta" ASC-də Müştəri xidmətinin keyfiyyətinə nəzarət şöbəsinə rəhbər təyin edilib.

Bu vəzifə Savalan Əmirova həvalə olunub.

Qeyd edək ki, S.Əmirov bundan öncə “Pashapay” MMC-də müştəri xidmətləri üzrə rəhbər olub.

Xatırladaq ki,  “PashaPay” MMC 2022-ci ildə yaradılıb və maliyyə texnologiyaları (FinTex) sahəsində fəaliyyət göstərir. Şirkət 2008-ci ildən fəaliyyət göstərən MilliÖN ödəniş sisteminin bazasında formalaşıb. Şirkətin həmçinin 2022-ci ilin iyulunda istifadəyə verilən m10 mobil tətbiqi elektron pul kisəsi kimi fəaliyyət göstərir. "PashaPay"in nizamnamə kapitalı 99,567 milyon manat təşkil edir.  Qanuni təmsilçisi isə, Camal Tağıyevdir.

Plat.az