İsraildə müxalifət lideri Yair Lapid hökuməti sərt şəkildə tənqid edib və erkən seçki çağırışı ilə çıxış edib.
Redaksiya xəbər verir ki, Lapid açıqlamasında “Görünən odur ki, biz güc sərxoşluğu içindəyik və arxasında heç bir məntiqli siyasət olmadan canımız istədiyi yerə hücum edirik” ifadəsini işlədib.
O bildirib ki, bu məsuliyyətsiz yanaşma İsrailin təhlükəsizliyinə və beynəlxalq nüfuzuna ciddi zərbə vurur. Lapid əlavə edib ki, bu siyasəti həyata keçirən hökumətdən qurtulmaq üçün ölkə təcili şəkildə seçkilərə getməlidir.
Sevinc Kərimova
