Xarici işlər naziri Hakan Fidan Suriyəli həmkarı Şeybani ilə birgə mətbuat konfransında çıxış edib. O, ABŞ və İran arasında əldə olunan atəşkəsə münasibətdə İsrailin sabotaj cəhdlərinə qarşı xəbərdarlıq edib. Fidan bildirib ki, “Aklıselimlə hareket edilmeli. Tarafların yapıcı olması önemli”.
Redaksiya xəbər verir ki, Fidanın açıqlamalarından diqqətçəkən məqamlar aşağıdakılardır. Dünya ictimaiyyəti İsrailin ehtimal olunan sabotaj addımlarına qarşı zəruri reaksiyanı verməyə hazır vəziyyətdə olmalıdır. İsrailin sabotajlarına qarşı isə aklıselimlə hərəkət edilməlidir.
Fidan qeyd edib ki, İsrail Qəzzədə törətdiyi soyqırımı indi Livana daşıyır. O, İsrailin hücumlarını qadınlara və ya uşaqlara baxmadan həyata keçirdiyini vurğulayıb.
