İsrailin İranla müharibə zamanı İraqın qərbində gizli hərbi baza qurduğu bildirilir.
Redaksiya “The Wall Street Journal”a istinadla xəbər verir ki, Tel-Əviv ABŞ rəsmilərinin məlumatı daxilində İraqın səhralıq ərazisində gizli hərbi məntəqə yaradıb.
Məlumata görə, bazada İsrail xüsusi təyinatlıları və sürətli reaksiya qrupları yerləşdirilib. Məntəqə İran ərazisinə endirilən zərbələr zamanı logistika, əməliyyat dəstəyi və axtarış-xilasetmə məqsədləri üçün istifadə olunub.
WSJ yazır ki, baza İranla beş həftəlik müharibə ərəfəsində qurulub və İsrail aviasiyasının əməliyyat imkanlarını genişləndirməyə xidmət edib.
İraq tərəfi daha sonra BMT-yə şikayət edərək, ölkə ərazisində xarici qüvvələrin iştirakı ilə hava zərbələri həyata keçirildiyini bildirib.
Vaşinqton isə hadisədə iştirakını rədd edib. ABŞ rəsmiləri bazanın rəsmi şəkildə aşkar olunmadığını və hücumlarla bağlı məsuliyyət daşımadıqlarını bildiriblər.
Hadisə İraqın suverenliyi, ABŞ-ın bölgədəki rolu və İsrailin İrana qarşı gizli əməliyyatları ilə bağlı yeni müzakirələrə səbəb olub.
