Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ

Vüsal İbrahimov yeni vəzifəyə TƏYİN EDİLDİ

Aytac Dəniz · Mədəniyyət ·

Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub.

Redaksiya Bizim.media-ya istinadən xəbər verir ki, nazir Adil Kərimlinin əmri ilə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal İbrahimov vəzifəsindən azad olunaraq Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi təyin edilib.

Vüsal İbrahimov iki ilə yaxın idi ki, bu vəzifədə çalışırdı.

Quba-Xaçmaz Regional idarənin rəisi vəzifəsini müvəqqəti olaraq müavini Fuad Orucov icra edir.

Vüsal İbrahimov yeni təyinatı barədə xəbəri təsdiqləyib.