ABŞ Prezidenti Donald Trampın Pekində rəsmi tədbir zamanı qarşısındakı sənədlərə baxdığı görüntü sosial şəbəkələrdə müzakirə yaradıb.
Redaksiya məlumat verir ki, görüntülər Si Cinpinin çıxış üçün səhnəyə dəvət olunduğu anlarda lentə alınıb. Kadrlarda Trampın masa üzərindəki sənədlərə nəzər saldığı görünür.
Sosial şəbəkə istifadəçiləri həmin sənədlərin Çin tərəfinə aid ola biləcəyini iddia ediblər. Lakin görüntüdə sənədlərin məzmunu aydın görünmədiyi üçün bunun şəxsi və ya rəsmi sənəd olduğunu təsdiqləmək mümkün deyil.
Kadrlarda Trampın sənədlərə qısa müddət baxdığı, daha sonra diqqətini tədbirə yönəltdiyi görünür. İstifadəçilər bunu sənədlərin çin dilində olması ilə əlaqələndirərək ironik şərhlər yazıblar.
Hadisə Trampın Çin səfəri və Si Cinpinlə görüşü fonunda sosial şəbəkələrdə viral olub. Görüntü rəsmi danışıqlardan çox, liderlərin protokol davranışı və tədbir zamanı qeydə alınan maraqlı an kimi müzakirə edilir.
