Viktor Osimhen: “Qalatasarayda oynamaq istəyirəm, başqa kluba getməyəcəm”

Viktor Osimhen: “Qalatasarayda oynamaq istəyirəm, başqa kluba getməyəcəm”

Fərid Əlizadə · İdman ·

Nigeriyalı hücumçu Viktor Osimhen “Napoli” rəhbərliyinə sərt mesaj ünvanlayıb.

Redaksiya xəbər verir ki, İtaliyanın “Napoli” klubunun keçmiş forvardı Viktor Osimhen açıqlamasında “Qalatasaray”da qalmaq istədiyini bildirib və klub rəhbərliyini sərt tənqid edib:

Qalatasarayda oynamaq istəyirəm. İstədiyiniz məbləği də sizə təklif edirlər. Başqa kluba gedəcəyimi düşünürsünüzsə, yanılırsınız. Artıq yetər. Mənə qarşı göstərilən bu münasibətə inana bilmirəm. Mənimlə nə dərdiniz var?

Osimhenin bu sözləri klubla münasibətlərinin gərginləşdiyini və “Qalatasaray”da qalmağında israrlı olduğunu göstərir.

Fərid Əlizadə