Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov U20 dünya çempionatında qızıl medal qazanıb.
Bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançımız finalda Özbəkistan təmsilçisi Dostonbek Oripovu 4:1 hesabı ilə məğlub edib.
Beləliklə, Ayxan Cavadov ardıcıl ikinci dəfə U20 dünya çempionu tituluna yiyələnib.

Azərbaycanın yunan-Roma güləşçisi dünya çempionu oldu
Aytac Dəniz · İdman ·