Venesuela hökuməti, Nobel Sülh Mükafatının müxalifət lideri Mariya Korina Maçadaya verilməsini səbəb göstərərək Norveç səfirliyini bağlamaq qərarına gəlib.
Redaksiya xəbər verir ki, rəsmi Karakas bu addımı Norveçin “Venesuelanın daxili işlərinə qarışması” kimi qiymətləndirib.
Qərarın bu həftə ərzində qüvvəyə minəcəyi və Norveç diplomatlarına ölkəni tərk etmələri üçün 72 saat vaxt verildiyi bildirilir.
