Venesuela F-16 qırıcıları ABŞ hərbi gəmisi üzərindən uçdu

Venesuela F-16 qırıcıları ABŞ hərbi gəmisi üzərindən uçdu

Sevinc Kərimova · Hərbi ·

Venesuelaya məxsus bir neçə silahlı F-16 qırıcısı Karib dənizində ABŞ-a məxsus hərbi gəminin üzərindən uçuş həyata keçirib. Hadisə bölgədə artan gərginliyin fonunda baş verib və iki tərəf arasında qarşıdurma ehtimallarını gündəmə gətirib.

Redaksiya xəbər verir ki, Venesuela tərəfi bu uçuşun öz ərazi sularında həyata keçirildiyini və hərbi güc nümayişi xarakteri daşıdığını bəyan edib. ABŞ isə baş verənləri təhlükəli təxribat kimi qiymətləndirərək vəziyyəti yaxından izlədiyini açıqlayıb.

Mənbələrin bildirdiyinə görə, insident Vaşinqton ilə Karakas arasında mövcud olan dərin siyasi böhranı daha da kəskinləşdirə bilər. ABŞ tərəfi Venesuela hökumətini narkotik qaçaqmalçılığı və regionda sabitliyi pozmaqda ittiham edir.