ÜST hantavirus riskini çox aşağı qiymətləndirib

ÜST hantavirus riskini çox aşağı qiymətləndirib

Aytac Dəniz · Media ·

Ümumdünya Səhiyyə Təşkilatı MV Hondius kruiz gəmisində qeydə alınan hantavirusla bağlı ictimaiyyət üçün riskin çox aşağı olduğunu bildirib.

Redaksiya Insider Paper-ə istinadla xəbər verir ki, ÜST sözçüsü Kristian Lindmayer virusun təhlükəli olduğunu, lakin ümumi əhali üçün yayılma riskinin “tamamilə aşağı” qaldığını açıqlayıb.

Onun sözlərinə görə, hantavirus yalnız çox yaxın təmas zamanı yayıla bilər. Hətta eyni kayutlarda qalan bəzi şəxslərdə belə yoluxmanın qeydə alınmadığı bildirilib.

ÜST hadisənin məhdud xarakter daşıdığını və geniş ictimaiyyət üçün COVID-19 tipli yayılma riski yaratmadığını vurğulayıb.

Mütəxəssislər virusla bağlı vəziyyətin izlənildiyini, lakin hazırkı mərhələdə panikaya əsas olmadığını bildirirlər.