Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov, Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığının təfərrüatlarını açıqlayıb.
Redaksiya xəbər verir ki, Uşakov söhbətin iki saat yarım davam etdiyini və “çox məzmunlu, səmimi və etimadlı” keçdiyini bildirib. O qeyd edib ki, əsas diqqət Ukrayna böhranına yönəlib, Putin vəziyyəti dəyərləndirərək Rusiyanın siyasi-diplomatik həllə maraqlı olduğunu vurğulayıb.
Tramp Ukraynada sülhün tez bir zamanda bərqərar olmasının vacibliyini dəfələrlə qeyd edib. Danışıqlarda Ukraynaya uzaqmənzilli “Tomahawk” raketlərinin mümkün tədarükü məsələsi də gündəmə gəlib. Putin bu silahların vəziyyəti dəyişməyəcəyini, lakin münasibətlərə ciddi zərbə vuracağını bildirib. Tərəflər yaxın vaxtlarda Budapeştdə görüşə hazırlıqlara başlamaq barədə razılığa gəliblər.
