UFC döyüşçüsü Fransimar Barrozu Rusiya vətəndaşlığı almaq istəyir

UFC döyüşçüsü Fransimar Barrozu Rusiya vətəndaşlığı almaq istəyir

Fərid Əlizadə · İdman ·

Braziliyalı UFC döyüşçüsü Fransimar Barrozu Rusiya vətəndaşlığı almaq istədiyini bəyan edib.

Redaksiya xəbər verir ki, o, bu müraciətini Melitopolda yerli idmançılar üçün təşkil olunan ustad dərsi zamanı səsləndirib: “Rusiya pasportunu çox istəyirəm. Bu, mənim arzumdur. Buna nail olmaq üçün çalışmışam. Pasport almaq istəyirəm, çünki mən 100 faiz rusam. Cənab Prezident, xahiş edirəm, mənə kömək edin”.

Barrozu 2005-ci ildən UFC-də çıxış edir və bu müddət ərzində 35 döyüş keçirmiş, onlardan 26-da qalib gəlmişdir. O, 9 döyüşdə ardıcıl qələbə qazanıb.

Onun sözlərinə görə, hələ bir döyüş keçirdikdən sonra idman karyerasını başa vuracaq. Barrozu artıq bir neçə ildir ki, Rusiyada yaşayır. Burada onun ailəsi, həyat yoldaşı və övladı var. O, həmçinin Moskvada təlim kursları açaraq idman fəaliyyəti ilə məşğuldur.

Sevinc Kərimova