UEFA Argentina və İspaniya arasında Qətərdə keçirilməsi planlaşdırılan 2026-cı il Finalissima turnirinin ləğv olunduğunu açıqlayıb. Bu qərar regiondakı siyasi vəziyyətin təsirləri və alternativ tarixlər barədə razılığa gələ bilməməsi səbəbindən verilib. Turnirin 27 martda Qətərdəki Lusail stadionunda keçirilməsi planlaşdırılır.
Redaksiya məlumat verir ki, UEFA-nın rəsmi açıqlamasında qarşılaşmanın təxirə salınmasının əsas səbəbi kimi bölgədəki siyasi vəziyyət göstərilib. UEFA və Argentina Futbol Federasiyası arasında turnuvanın keçirilməsi üçün yeni tarix və ya məkan barədə razılıq əldə olunmayıb. Bu səbəbdən də, 2026-cı ildə keçirilməsi nəzərdə tutulan Finalissima turnuvası ləğv edilib.
Daha əvvəl Finalissima 2026-nın müxtəlif tarixlərdə İspaniyanın paytaxtı Madriddəki Santyaqo Bernabeu Stadyumunda, Argentinanın paytaxtı Buenos Ayresdə və ya Avropada başqa bir neytral meydanda keçirilməsi təklifləri Argentina Futbol Federasiyası tərəfindən qəbul edilməmişdi. EURO 2024-ün qalibi İspaniya və 2024-cü il Amerika Kubokunun çempionu Argentina, Finalissima 2026-da qarşılaşmaq hüququ qazanmışdı.
