Tesla-nın yeni Roadster modelinin SpaceX texnologiyasına əsaslanan soyuq qaz mühərrikləri vasitəsilə qısa müddət havaya qalxa biləcəyi bildirilir. Avtomobilin belə bir nümayişinin bu ayın sonlarında təqdim oluna biləcəyi iddia olunur.
Redaksiya xəbər verir ki, planlaşdırılan uçuşun təxminən 10 saniyə davam etməsi nəzərdə tutulur. Mühərriklərin yaratdığı güclü səs və təhlükəsizlik tələbləri səbəbindən tamaşaçıların avtomobildən yüzlərlə metr uzaqda saxlanıla biləcəyi qeyd olunur.
Roadster üçün nəzərdə tutulan bu sistem SpaceX-in mühəndislik təcrübəsinin avtomobil texnologiyasına inteqrasiyası kimi təqdim edilir. Layihənin məqsədi avtomobilin klassik performans göstəricilərindən kənara çıxaraq qısa müddətli havaya qalxma imkanını nümayiş etdirməkdir.
Bununla belə, Roadster-in belə bir uçuş nümayişinin dəqiq tarixi, texniki parametrləri və seriya versiyasında bu funksiyanın hansı formada təqdim ediləcəyi ilə bağlı yekun detallar açıqlanmayıb.
