Türkiyənin şəhid olan əsgərlərilə bağlı Amedspor-un paylaşımına Tractor FC-dən sərt reaksiya

Türkiyənin şəhid olan əsgərlərilə bağlı Amedspor-un paylaşımına Tractor FC-dən sərt reaksiya

Fərid Əlizadə · İdman ·

Türkiyənin İraqın şimalında keçirdiyi əməliyyatlar zamanı mağarada metan qazından zəhərlənərək şəhid olan 5 əsgərin acısı davam edərkən, Amedspor-un sosial şəbəkələrdə paylaşdığı təxribat xarakterli açıqlamaya İranda çıxış edən Türk komandası Tractor FC-dən sərt cavab gəlib.

Redaksiya xəbər verir ki, İranın Azərbaycan türklərinə məxsus Tractor FC Amedspor-un davranışını qınayaraq belə bildirib: “Danışmağı bacarmırsansa, heç olmasa susmağı bilməlisən, elə deyilmi?

Qeyd edək ki, Amedspor-un sözügedən paylaşımı cəmiyyətin müxtəlif təbəqələrində böyük narazılıq yaradıb və sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Tractor FC-nin reaksiyası isə Türk dünyasında geniş dəstək toplayıb.

Fərid Əlizadə