Türkiyə və Birləşmiş Krallıq arasında 8 milyard funtluq hərbi saziş imzalandı

Türkiyə və Birləşmiş Krallıq arasında 8 milyard funtluq hərbi saziş imzalandı

Sevinc Kərimova · Hərbi ·

Türkiyə ilə Birləşmiş Krallıq arasında 20 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin satışını nəzərdə tutan 8 milyard funt sterlinq (təxminən 10,7 milyard dollar) dəyərində saziş imzalanıb.

Redaksiya xəbər verir ki, razılaşma Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Birləşmiş Krallığın Baş naziri Kir Starmer arasında keçirilən görüş zamanı rəsmiləşdirilib. Bu satış 2017-ci ildən bəri “Typhoon” təyyarələri üzrə ilk sifariş olmaqla yanaşı, son iyirmi ildə Britaniyanın ən böyük hərbi ixrac əməliyyatı hesab olunur.

Razılaşmanı NATO-nun həmrəyliyinə dair strateji addım kimi dəyərləndirən Kir Starmer bildirib ki, bu saziş həm Avropaya, həm də alyansın cənub-şərq cinahına güc mesajı verir. Britaniya müdafiə naziri Con Hili isə qeyd edib ki, saziş təkcə təyyarə satışını deyil, Türkiyə ilə strateji tərəfdaşlığın dərinləşməsini əks etdirir. Türkiyə Müdafiə naziri Yaşar Gülər isə açıqlamasında təyyarələrin gələn ilin əvvəlində ölkəyə gətiriləcəyini bildirib.