Türkiyə Xarici İşlər Nazirliyi Suriyada əldə olunan atəşkəs və tam inteqrasiya razılaşmasını alqışlayaraq, bu addımın ölkədə sabitliyin, təhlükəsizliyin və ərazi bütövlüyünün sürətlə möhkəmlənməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.
Redaksiya məlumat verir ki, rəsmi açıqlamada Suriyanın hazırda həlledici mərhələdən keçdiyi vurğulanır və parçalanma əvəzinə birlik və inteqrasiya yolu ilə rifaha aparan real imkanın formalaşdığı qeyd olunur.
Nazirlik bəyan edib ki, Türkiyə Suriya hökumətinin inklüziv antiterror fəaliyyətlərinə və bərpa prosesinə dəstəyini davam etdirəcək. Bildirilib ki, bu yanaşma həm Suriyanın, həm də regionun ümumi sabitliyi və təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır.
