Türkiyənin Rusiya nefti idxalını son 1,5 ilin ən aşağı səviyyəsinə endirəcəyi bildirilir.
Redaksiya Reuters-ə istinadla xəbər verir ki, Kpler-in məlumatlarına görə, may ayında Türkiyənin Urals markalı Rusiya nefti idxalı gündəlik təxminən 161 min barel olacaq.
Müqayisə üçün, ötən ilin eyni dövründə bu göstərici gündəlik 302 min barel təşkil edirdi.
Bu, Türkiyənin Rusiya neftindən asılılığı azaltması və tədarük mənbələrini şaxələndirməsi kimi qiymətləndirilir.
Analitiklər bildirirlər ki, qərara Qərb sanksiyaları, neft bazarındakı qiymət fərqləri və Türkiyə neft emalı zavodlarının alternativ xammal axtarışı təsir göstərə bilər.
Rusiya nefti uzun müddət Türkiyə emal zavodları üçün endirimli və sərfəli mənbə hesab olunurdu. Lakin son dəyişikliklər enerji bazarında Ankara-Moskva ticarət balansının yenidən formalaşa biləcəyini göstərir.
