Türkiyə Kərkük neft yatağına tərəfdaş olub

Türkiyə Kərkük neft yatağına tərəfdaş olub

Fərid Əlizadə · Media ·

Türkiyənin dövlət neft şirkəti TPAO Kərkük neft yatağının işlənməsi layihəsinə tərəfdaş kimi qoşulub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalanmış sazişi iki ölkənin enerji əməkdaşlığı baxımından tarixi addım adlandırıb. Bu barədə Reuters məlumat yayıb.

Redaksiya istinadla xəbər verir ki, TPAO Kərkük yatağında fəaliyyət göstərən və BP-nin idarə etdiyi şirkətdə 15 faizlik pay əldə edib. Bununla da Türkiyə şirkəti yatağın işlənməsində BP və digər tərəfdaşlarla birlikdə iştirak edəcək.

Türkiyənin energetika naziri Alparslan Bayraktar yatağın ehtiyat potensialının təxminən üç milyard barel olduğunu bildirib. Onun sözlərinə görə, tərəfdaşlıq gələcək hasilatın artırılması və Türkiyə ilə İraq arasında enerji əlaqələrinin genişləndirilməsi üçün mühüm imkan yaradacaq.

Saziş Ərdoğanın İraqın Baş naziri Əli əz-Zeydi ilə Ankarada keçirdiyi görüş çərçivəsində imzalanıb. Tərəflər enerji, ticarət, təhlükəsizlik və infrastruktur sahələrində əməkdaşlığın dərinləşdirilməsini də müzakirə ediblər.