Türkiyə ilə bağlı Həmas və İsrail münasibətlərinə dair açıqlamalar

Türkiyə ilə bağlı Həmas və İsrail münasibətlərinə dair açıqlamalar

Sevinc Kərimova · Siyasət ·

Həmas mənbələri bildiriblər ki, təşkilatın Türkiyədə nə siyasi, nə də hərbi qərargah qurmasına icazə verilmir. Yüksək vəzifəli nümayəndələrin üç aydan artıq Türkiyədə qalmasına da şərait yaradılmır. Razılaşmalardan ən kiçik kənarlaşma belə Həmas nümayəndələrinin dərhal ölkədən çıxarılması ilə nəticələnə bilər.

Redaksiya Ynet News-a istinadla xəbər verir ki, İsrail mediasında yayımlanan şərhlərdə Türkiyənin bölgədə “İrandan daha təhlükəli aktyor” kimi təqdim edildiyi vurğulanır. Məqalələrdə Ankara ilə Həmas arasında mövcud münasibətlərin İsrail üçün artan narahatlıq yaratdığı qeyd olunub.

Mənbələrə görə, bu yanaşma İsrailin Türkiyəyə qarşı siyasi kursunun daha da sərtləşməsinə səbəb ola bilər.