Türkiyə öz ərazisində silahlı qrupların üzvlərinə hərbi təlim keçilməsi ilə bağlı yayılan məlumatları rədd edib.
Redaksiya məlumat verir ki, daha əvvəl “Kan” və “The Jerusalem Post” HƏMAS üzvlərinin Türkiyədə silahdan istifadə və dronların idarə olunması üzrə təlim keçdiyini iddia etmişdi.
Ankara bu iddiaların həqiqəti əks etdirmədiyini bildirib və Türkiyə ərazisində belə fəaliyyətlərin həyata keçirilmədiyini vurğulayıb.
Türkiyə tərəfi oxşar məlumatların siyasi məqsədlərlə yayıldığını və ölkənin təhlükəsizlik siyasətini hədəfə aldığını qeyd edib.
Hadisə Türkiyə ilə İsrail arasında münasibətlərin gərgin olaraq qaldığı bir dövrdə gündəmə gəlib.
