Türkiyə Böyük Millət Məclisi İsrailin Suriya hücumlarını qınayan sənədi qəbul etdi

Türkiyə Böyük Millət Məclisi İsrailin Suriya hücumlarını qınayan sənədi qəbul etdi

Sevinc Kərimova · Siyasət ·

Türkiyə Böyük Millət Məclisi (TBMM) İsrailin Suriyada həyata keçirdiyi hücumlara münasibət bildirmək üçün xüsusi iclas keçirib.

Redaksiya xəbər verir ki, TBMM Başqanlığı tərəfindən təqdim olunan və səsvermə nəticəsində qəbul edilən sənəddə, İsrailin xüsusilə Şam olmaqla Suriya ərazisinə qarşı həyata keçirdiyi hücumlar ən sərt şəkildə qınanıb.

Sənəddə həmçinin Türkiyənin Suriya xalqının yanında olduğu bir daha vurğulanıb.

Sevinc Kərimova