Türkiyə Azərbaycan-Ermənistan sülhünə töhfə verməyə davam edəcək Ərdoğan

Türkiyə Azərbaycan-Ermənistan sülhünə töhfə verməyə davam edəcək Ərdoğan

Aytac Dəniz · Siyasət ·

Türkiyə Azərbaycan və Ermənistan arasında sülhün təmin olunmasına bundan sonra da dəstək verəcək.
Modern.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.

“Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına bundan sonra da töhfə verəcəyik. Əldə olunan sülh regionumuz üçün həyatverici qüvvə mənbəyinə çevriləcək”, – deyə Ərdoğan bildirib.

Türkiyə Prezidentinin sözlərini onun Administrasiyası yayıb.