Tunis Prezidenti Trampın elçisini aclıqdan ölən uşaqların şəkilləri ilə qarşıladı

Tunis Prezidenti Trampın elçisini aclıqdan ölən uşaqların şəkilləri ilə qarşıladı

Sevinc Kərimova · Siyasət ·

Tunis prezidenti Qəzzada baş verən humanitar fəlakətə sərt reaksiya verib.

Redaksiya xəbər verir ki, Prezident Kays Said ABŞ prezidenti Donald Trampın Tunisdəki xüsusi nümayəndəsini qəbul edərkən ona Qəzzada aclıqdan həyatını itirən fələstinli uşaqların fotolarını təqdim edib. “Bu görüntülər insanlığa qarşı törədilən cinayətin sübutudur. Budurmu beynəlxalq hüquq?” — deyə o, nümayəndəyə sərt şəkildə müraciət edib.

Prezident Said görüş zamanı Qəzzada yaşanan faciəni beynəlxalq ictimaiyyətin səssizliyi fonunda dəhşətli bir cinayət adlandırıb və beynəlxalq hüququn yalnız güclülərə xidmət etdiyi bir mexanizmə çevrildiyini vurğulayıb.

Tunis tərəfi Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumları Qəzzada baş verən insanlıq dramına dərhal müdaxilə etməyə çağırıb.

Sevinc Kərimova