Trampın NATO-nun Polşada vurduğu PUA-lara reaksiyası narahatlıq doğurdu

Trampın NATO-nun Polşada vurduğu PUA-lara reaksiyası narahatlıq doğurdu

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Trampın NATO qüvvələrinin Polşa hava məkanında vurduğu PUA-lara “səbirli” münasibəti Avropada ciddi narahatlıq yaradıb. Avropa diplomatları bildiriblər ki, bu, ABŞ-ın müttəfiqləri müdafiə etmək öhdəliyinə dair suallar doğurur.

Redaksiya Reuters-ə istinadən xəbər verir ki, bir çox alyans üzvü Tramp administrasiyasının kollektiv təhlükəsizlik barədə NATO-nun 5-ci maddəsini yerinə yetirməyə nə dərəcədə hazır olduğunu şübhə altına alır. Onların sözlərinə görə, Trampın reaksiyası ABŞ prezidentlərinin Franklin Ruzveltdən bəri formalaşdırdığı ənənədən kənara çıxaraq, Avropanın təhlükəsizliyini artıq Amerika üçün əsas hesab etmədiyini göstərir.

Məlumata görə, Polşa 10 sentyabrda ərazisinə daxil olan bir neçə PUA-nı məhv etdiyini açıqlayıb. Baş nazir Donald Tusk həmin PUA-ları Rusiyaya məxsus adlandırıb. Tramp isə insidentdən bir gün sonra çıxışında PUA-ların Polşaya daxil olmasını “səhv ola bilər” sözləri ilə qiymətləndirib və vəziyyətdən məmnun olmadığını bildirib.