ABŞ prezidenti Donald Trampın "Bu gecə İranda bütün bir sivilizasiya məhv olacaq və bir daha bərpa edilməyəcək" açıqlaması dünya ictimaiyyətində ciddi narahatlıq doğurub. ABŞ prezidenti Donald Trampın Hürmüz boğazının açılması üçün Türkiyə vaxtı ilə saat 03:00-dək müddət təyin etməsindən sonra Pakistanın Baş naziri Şahbaz Şərif vasitəçilik məqsədilə hər iki ölkəyə müraciət ünvanlayıb. Şərif İran tərəfinə əlavə 2 həftə vaxt verilməsini tələb edərək, hər iki dövlətə atəşkəs təklif edib.
Redaksiya mənbəyə istinadən xəbər verir ki, İranın atəşkəs təklifinə müsbət münasibət göstərdiyi iddia edilir.
Bu arada, Ağ Evin Mətbuat katibi Karoline Leavitt bildirib ki, ABŞ prezidenti Donald Tramp Pakistanın İranla bağlı təklifi barədə məlumatlandırılıb və cavab verəcəkdir.
