ABŞ prezidenti Donald Tramp bir neçə məsələ ilə bağlı mühüm açıqlamalar verib.
Redaksiya xəbər verir ki, Tramp Epşteyn sənədlərinin sabiq prezident Barak Obama və hazırkı vitse-prezident Co Bayden tərəfindən uydurulduğunu bəyan edib. O, bu sənədlərin administrasiyasına qarşı yönəldilmiş əsassız iddialar olduğunu bildirib.
Tramp həmçinin Rusiya-Ukrayna müharibəsinə toxunaraq, tərəflər arasında 50 gün ərzində razılaşma əldə olunmaması halında ciddi nəticələrin olacağını qeyd edib: “Əgər 50 gün ərzində Rusiya ilə Ukrayna arasında bir razılaşma olmazsa, bu, həqiqətən çox pis olacaq. Gömrük rüsumları və sanksiyalar qüvvəyə minəcək”.
O, Ukrayna prezidenti Volodimir Zelenskiyə Moskvanı hədəf almamaq çağırışı da edib.
ABŞ lideri həmçinin Rusiya prezidenti Vladimir Putindən məyus olduğunu deyib: “Putin məni böyük məyusluğa uğratdı. Son üç ayda bir çox münaqişəni həll etdim, amma bunu hələlik bacarmadım”.
Tramp çıxışında əlavə edib: “Mən heç kimin tərəfində deyiləm. Mən insanlığın tərəfindəyəm. Cinayətlərin dayandırılmasını istəyirəm”.
Sevinc Kərimova
