Trampdan 2028 Los-Anceles Olimpiadasında bəzi idmançıların iştirakına məhdudiyyət

Trampdan 2028 Los-Anceles Olimpiadasında bəzi idmançıların iştirakına məhdudiyyət

Fərid Əlizadə · İdman ·

ABŞ prezidenti Donald Tramp 2028-ci ildə keçiriləcək Los-Anceles Yay Olimpiya Oyunlarında trans idmançıların iştirakını məhdudlaşdırmağı hədəfləyən qərar qəbul edib.

Redaksiya xəbər verir ki, yeni qaydalara əsasən, Olimpiadada iştirak etmək istəyən bütün idmançılar “güclü testlər”dən keçəcək və uyğun hesab olunmayan şəxslər yarışlara buraxılmayacaq.

Bundan başqa, trans idmançıların qadın kateqoriyalarında iştirakına icazə verən təhsil müəssisələrinin federal maliyyələşməsi dayandırılacaq. Tramp administrasiyası bu addımı idmanda “ədalətli rəqabəti qorumaq” məqsədi ilə əsaslandırır, lakin qərar insan haqları təşkilatlarının və idman dairələrinin tənqidinə səbəb olub.

Fərid Əlizadə