ABŞ prezidenti Donald Trampın ötən həftə Ukrayna prezidenti Volodimir Zelenski ilə apardığı söhbət müzakirələrə səbəb olub.
Redaksiya xəbər verir ki, Washington Post nəşri mənbəyə istinadla yazır: Tramp Zelenskidən “Niyə Moskvaya zərbə vurmursan?” deyə soruşub. Zelenski isə buna cavab olaraq ABŞ-dan bunun üçün silah istəyib.
Financial Times isə öz versiyasında bildirir ki, Tramp Kiyevi həm Moskvaya, həm də Sankt-Peterburqa hücumlara təşviq edib. Onun bu strategiyası Rusiyanı danışıqlara məcbur etmək məqsədi daşıyır.
Mənbələrə görə, Tramp bu hücumları “rusların ağrı hiss etməsi” və “Rusiya rəhbərliyini danışıqlar masasına oturtmaq” üçün zəruri addım hesab edir.
Xatırladaq ki, Tramp bu bəyanatları ABŞ-ın Ukraynaya dəstəyinə dair mövcud siyasətin sərtləşdirilməsi fonunda səsləndirib.
Sevinc Kərimova
