Tramp və Netanyahu arasında gərgin telefon danışığı olub

Tramp və Netanyahu arasında gərgin telefon danışığı olub

Sevinc Kərimova · Media ·

ABŞ Prezidenti Donald Trampla İsrailin Baş naziri Benyamin Netanyahu arasında “son dərəcə gərgin” telefon danışığı baş tutub.

Redaksiya Axios-a istinadla xəbər verir ki, söhbət zamanı tərəflər İran məsələsində fikir ayrılığı yaşayıb.

Mənbələrdən birinin sözlərinə görə, danışıqdan sonra “Netanyahunun saçları biz-biz olub”, bu isə müzakirənin emosional keçdiyini göstərib.

Məlumata görə, Tramp İsrail liderini Tehranla yeni danışıqlar prosesini dəstəkləməyə və gərginliyi daha da artırmamağa çağırıb.

Netanyahu isə İranın hazırda zəiflədiyini düşündüyünü və bu səbəbdən hərbi təzyiqin davam etdirilməsinin vacib olduğunu bildirib. O, İran infrastrukturuna yeni zərbələrin endirilməsində israr edib.

Axios yazır ki, Vaşinqton regionda genişmiqyaslı müharibə riskindən ehtiyat edir, İsrail isə İranın zəiflədiyi mərhələdə strateji üstünlük əldə etməyə çalışır.

Telefon danışığı ABŞ və İsrail arasında İran strategiyası ilə bağlı yanaşma fərqlərinin daha açıq görünməyə başladığı dövrə təsadüf edir.