ABŞ prezidenti Donald Tramp Finlandiya prezidenti Aleksandr Stab ilə Ağ Evdə görüşüb. Görüş zamanı Tramp, Ukraynada sülh sazişinə nail olmaq üçün təzyiqin artırıldığını və bu prosesin NATO müttəfiqləri ilə birlikdə aparıldığını bildirib.
Redaksiya xəbər verir ki, Tramp, “Rusiya ilə uzun müddətdir dolayısı ilə mübarizə aparırsınız. Biz təzyiqi artırırıq, bunu birgə edirik,” – deyə Finlandiya liderinə müraciət edib. ABŞ prezidenti, Rusiyanın Finlandiyaya hücum edəcəyinə inanmadığını, lakin hücum olarsa, NATO-nun müttəfiqi kimi Finlandiyanın müdafiə olunacağını vurğulayıb.
Tramp, ABŞ-ın Rusiya ilə bağlı əlavə sanksiyalar tətbiq edə biləcəyini də istisna etməyib. O, həmçinin Qəzza müharibəsinin dayandırılması planına verdiyi dəstəyə görə İrana təşəkkür edib və diplomatik səylərinin Hindistan–Pakistan, Serbiya–Kosovo və İsrail–region qonşuları arasındakı münaqişələrdə sülhə töhfə verdiyini bildirib.
Mətbuat konfransı zamanı Tramp, “İspaniya NATO-nun 5 faiz müdafiə xərcləri tələbinə əməl etmirsə, alyansdan çıxarılması düşünülə bilər,” – deyə bəyan edib. ABŞ prezidenti həmçinin Barak Obamanın Nobel Sülh Mükafatını “heç bir şey etmədən” aldığını söyləyib və öz səylərinin bu mükafata daha çox layiq olduğunu vurğulayıb.
