ABŞ prezidenti Donald Tramp Qəzzadakı humanitar vəziyyətlə bağlı açıqlama verib.
Redaksiya xəbər verir ki, Tramp Qəzza əhalisinin kifayət qədər ərzaq əldə etmədiyini vurğulayaraq, ərəb ölkələrinin bu istiqamətdə ABŞ-a kömək göstərə biləcəyini bildirib: “Ərəb dövlətləri Qəzzaya qida paylanmasında bizə yardımçı ola bilər”.
O, həmçinin Qəzzanın tam işğalı məsələsinə münasibət bildirməkdən imtina edərək bunun İsrailin qərarına aid olduğunu deyib: “Bu barədə bir şey deyə bilmərəm, bu, İsrailin qərarıdır”.
Trampın sözləri Vaşinqtonun Qəzzada humanitar yardımı artırmaq istəyi ilə yanaşı, hərbi qərarların məsuliyyətini İsrail hökumətinə buraxdığını göstərir.
Sevinc Kərimova
