ABŞ Prezidenti Donald Tramp bildirib ki, Rusiya Prezidenti Vladimir Putin cümə günü Ukraynada müharibəni dayandırmağı qəbul etməsə, bunun çox ağır nəticələri olacaq.
Redaksiya xəbər verir ki, Tramp ilk görüşün müsbət keçəcəyi təqdirdə, dərhal ardından Putin, Zelenski və özünün iştirak edəcəyi ikinci bir görüşün keçirilməsini istədiyini açıqlayıb. O əlavə edib ki, bu, yalnız digər tərəflərin də razılığı olarsa mümkün olacaq.
Dövlət başçısı həmçinin vurğulayıb ki, əgər istədiyi cavabları ala bilməsə, ikinci görüş baş tutmayacaq.
Sevinc Kərimova
