Tramp “New York Times”a qarşı 15 milyard dollarlıq iddia qaldırdı

Tramp “New York Times”a qarşı 15 milyard dollarlıq iddia qaldırdı

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp “New York Times” qəzetinə qarşı 15 milyard dollarlıq məhkəmə iddiası qaldırıb. Tramp bunun onun üçün “böhtan və təhqirə görə ədalət axtarışı” olduğunu bildirib.

Redaksiya Reuters-ə istinadla xəbər verir ki, dövlət başçısı məhkəmə prosesinin Floridada aparıldığını açıqlayıb. O, “15 milyard dollarlıq iddianı qaldırmaq mənim üçün şərəfdir”, – deyə vurğulayıb.

Xatırladaq ki, bu ilin iyununda Tramp CNN və “New York Times”ı sərt tənqid etmiş, həmin media qurumlarının ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə endirdiyi zərbələri gözdən salmağa çalışdıqlarını bildirmişdi.