“Tramp marşrutu ilə bağlı 99 illik icarə söhbətləri həqiqəti əks etdirmir”

“Tramp marşrutu ilə bağlı 99 illik icarə söhbətləri həqiqəti əks etdirmir”

Sevinc Kərimova · Siyasət ·

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkə ictimai televiziyasına müsahibəsində Ermənistan ərazisindən keçəcək “Tramp marşrutu” barədə yayılan iddialara münasibət bildirib.

Redaksiya xəbər verir ki, Mirzoyan “99 illik icarə razılaşması barədə yayılan məlumatların hələlik reallıqla heç bir əlaqəsi yoxdur. Niyə ‘hələlik’ deyirəm, çünki bir daha vurğulamaq istəyirəm ki, yalnız dərc edilən və üzərində razılaşdırılan məqamlar mövcuddur. Müddətlər və texniki detallar isə hələ müzakirə edilməlidir” deyə açıqlama verib.

Nazir əlavə edib ki, marşrutun keçəcəyi torpaq Ermənistan Respublikasına məxsus olacaq və onun üzərində nəzarət və təhlükəsizliyi Ermənistan təmin edəcək. O, həmçinin bildirib ki, ABŞ və Ermənistan infrastrukturun inşası, idarəçiliyi və iqtisadi menecmenti üçün üçüncü tərəf tərəfdaş seçəcəklər.

Sevinc Kərimova