Tramp “Krala yox” aksiyalarına reaksiya verdi: “Bu insanlar bizi təmsil etmir”

Tramp “Krala yox” aksiyalarına reaksiya verdi: “Bu insanlar bizi təmsil etmir”

Sevinc Kərimova · Siyasət ·

ABŞ Prezidenti Donald Tramp ona qarşı keçirilən “Krala yox” etiraz aksiyalarına münasibət bildirib. O, aksiyaları “azsaylı və mənasız” adlandıraraq etirazçıların Amerika xalqını təmsil etmədiyini deyib və əlavə edib ki, “Mən kral deyiləm, ölkəm üçün gecə-gündüz çalışıram”.

Redaksiya xəbər verir ki, Tramp çıxışı zamanı etirazlarda qaldırılan yeni plakatların “Corc Soros və digər radikal solçu qruplar tərəfindən hazırlanmış ola biləcəyini” bildirib. Prezident qeyd edib ki, məsələ hazırda araşdırılır və bu nümayişlərin ciddi ictimai dəstəyi yoxdur.

Oradakı insanlar tamamilə dəlisovdur. Onlara baxanda dərhal anlayırsan ki, bunlar bizim xalqımızı təmsil etmir,” — deyə Tramp vurğulayıb. ABŞ Prezidenti əlavə edib ki, bu aksiyalar cəmiyyətin ümumi iradəsini əks etdirmir və ölkədəki sabitliyi pozmaq məqsədi daşıyır.