Tramp Koreyalı işçilərin deportasiyasını dayandıraraq təlim təklif etdi

Tramp Koreyalı işçilərin deportasiyasını dayandıraraq təlim təklif etdi

Sevinc Kərimova · Siyasət ·

ABŞ-da immiqrasiya xidməti reydi zamanı saxlanılan “Hyundai-LG” akkumulyator zavodunun cənubi koreyalı işçilərinin deportasiyası müvəqqəti olaraq dayandırılıb. ABŞ Prezidenti Donald Tramp onlara amerikalı əməkdaşlara bilik və bacarıqlarını ötürmək şərti ilə ölkədə qalmaq imkanı verib.

Redaksiya The Financial Times-a istinadla xəbər verir ki, dövlət başçısı saxlanılan koreyalıların yüksək ixtisaslı işçi qüvvəsi olduğunu vurğulayıb və onların ya ABŞ-da qalaraq yerli kadrların hazırlanmasına dəstək verməyi, ya da Koreyaya qayıtmağı seçə biləcəklərini bildirib.

Məlumata görə, Seul rəsmiləri işçilərin əksəriyyətinin yaşanan hadisədən şok keçirdiyini və əvvəlcə vətənə dönmələrinin daha məqsədəuyğun olduğunu qeyd ediblər. Nəticədə yalnız bir koreyalı işçi ABŞ-da qalmağı seçib, digərləri – on çinli, üç yapon və bir indoneziyalı ilə birlikdə – Atlanta-Seul reysi ilə geri göndəriləcək.