ABŞ Prezidenti Donald Tramp ölkədə rəhbər şəxslər üçün koqnitiv test tələbinin vacib olduğunu bildirib. O qeyd edib ki, ölkəni idarə edən şəxslərin zehni hazırlığı və qərarvermə qabiliyyəti yoxlanılmalıdır.
Redaksiya məlumat verir ki, Tramp çıxışında ona yönələn tənqidlərə də toxunub. ABŞ lideri bildirib ki, rəqibləri bəzən onu “ölkəni məhv edəcək dahi”, bəzən “bütün dünyanı ələ keçirən dahi”, bəzən isə “tam axmaq” adlandırırlar.
Trampın sözlərinə görə, koqnitiv test tələbinin konstitusiyaya uyğun olmadığı deyilsə də, o, belə yoxlamanın ölkə üçün faydalı olacağına inanır. Prezident bildirib ki, bir çox kiçik biznes sahibi bu testləri bəzi siyasətçilərdən daha yaxşı keçə bilər.
ABŞ lideri həmçinin İranla bağlı vəziyyəti “kiçik müharibə” adlandırıb və buna baxmayaraq, ölkə iqtisadiyyatının yüksəlişdə olduğunu deyib. Tramp bildirib ki, ABŞ hazırkı gərginlik fonunda belə güclü iqtisadi göstəricilər nümayiş etdirir.
Tramp çıxışında İranla qarşıdurma zamanı gəmilərlə bağlı qərarlara da toxunub. O, bəzi hallarda gəmilərin batırılmasındansa ələ keçirilməsini üstün tutacağını desə də, bunu “xırda detallar” kimi qiymətləndirib.
